
Bu il Qurban Bayramını SOS Uşaq kəndində uşaqlarla birgə keçirdik

İyun ayının 30 -u müqəddəs Qurban bayramı münasibəti ilə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Hövsan Mədəniyyət Sarayının bədii rəhbəri Kamran Nur -un təşkilatçılığı, Aran Media group, “Zəfər Yolu” Müharibə iştirakçılarına və Şəhid ailələrinə humanitar dəstək İctimai Birliyi və Suraxanı rayonu MKS -nin 4 nömrəli kitabxana filialının təşkilati dəstəyi ilə Sos Uşaq Kəndində xeyriyyə tədbiri təşkil olundu.

Tədbiri aparıcı Zeynəb Kəngərli açıq elan edərək, Azərbaycan Respublikasının himni səsləndirilmiş, cəmi şəhidlərimizi bir dəqiqəlik sükutla ehtiramla yad edilmişdir. Daha sonra çıxış üçün söz şəhid Ramil Yusifzadənin anası Reyhan Yusifzadəyə, daha sonra Aran Media Group rəhbəri Şeyda Əzizqızı və “Zəfər Yolu” Müharibə iştirakçılarına və Şəhid ailələrinə humanitar dəstək İctimai Birliyinin sədri Pərvanə Abdullayevaya verilmişdir.

Tədbirdə uşaqlar üçün köpük, alov və şar şou nümayiş olunaraq onların böyük marağına səbəb olmuşdur.

Bundan əlavə uşaqlar üçün qurbanlıq quzu ətindən hazırlanmış yemək süfrəsi təşkil olumuş, Qənirə İsrafilovanın hind rəqsi nümayiş olunmuş, gənc müğənnilər, Əhməd Əmirli, Sevinc Süleymanzadə, Müşfiq Kazımzadə, Tamerlan Baxışlı, Hülya Əzizova, Orxan Sərxanoğlu, da öz növbəsində uşaqları bayram münasibəti ilə təbrik etmişlər. Sonda uşaqlara bayram hədiyyələri təqdim edilmişdir.
Aran Media Group rəhbəri Şeyda Əzizqızı-BAKÜ






BİRECİK BELEDİYE BAŞKANI MEHMET BEGİT `TEN 11 NİSAN MESAJI
Волонтёры «Единой России» помогают устранять последствия наводнения в Веденском районе Чечни
Birleşik Rusya’nın desteğiyle, Omsk Bölgesi’nin Maryanovsky İlçesi’nde yeni bir doğalgaz dağıtım boru hattı hizmete girdi
Birleşik Rusya gönüllü örgütünün karargahı Perm bölgesinde açıldı
TESHİDER GENEL BAŞKANI OSMAN GÜLAÇTI`DAN 10 NİSAN POLİS HAFTASI MESAJI
MEHMET TÜRKİ GÜNDOĞAN `DAN 10 NİSAN POLİS HAFTASI MESAJI