Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Haaqada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Haaqada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
REKLAM ALANI
24.01.2023
A+
A-

 

 

 

Haaqada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

, 2023

Haaqada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Niderland Krallığının Haaqa şəhərində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə baş tutan anım tədbirində soydaşlarımız və Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri iştirak ediblər.

Öncə ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış edən Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın 20 Yanvar hadisəsinin tarixi barədə ətraflı məlumat verib. Bu hadisəni Azərbaycan xalqının azadlıq, müstəqillik, dövlətçilik mübarizəsinin ən şanlı səhifələrindən biri adlandıran dərnək sədri qeyd edib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər il azərbaycanlılar 20 Yanvar tarixində bir yerə toplaşaraq azadlıq uğrunda şəhid olmuş insanların xatirəsini yad edirlər. Sovet imperiyası güclərinin törətdiyi vəhşilik və qəddarlığa baxmayaraq, qəhrəman xalqımızın azadlıq əzminin sındırılmasının və birliyini pozulmasının mümkün olmadığı, ölkəmizin qısa müddət sonra müstəqillik əldə etməsi diqqətə çatdırılıb.

20 Yanvar faciəsinin şahidləri hadisə ilə bağlı öz təəssüratlarını bölüşüblər və Azərbaycan xalqına qarşı sovet dövlətinin rəhbərliyi səviyyəsində xüsusi qəddarlıqla həyata keçirilmiş hərbi cinayətə münasibət bildiriblər. Qeyd edilib ki, bu gün dünyanın təlatüm içərisində olması bir daha sübut edir ki, insanlığa zidd olaraq törədilən cinayətlərə qarşı birlikdə mübarizə aparılmalıdır.

Sonra 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Tədbir 20 Yanvar şəhidlərinin ruhuna duaların oxunması ilə yekunlaşıb.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

DIGƏR XƏBƏRLƏR

Kaynak:http://diaspor.gov.az/az/news-detail/haaqada-20-yanvar-sehidlerinin-xatiresi-yad-edilib-2225

 

 

REKLAM ALANI
Arabic Arabic Chinese (Simplified) Chinese (Simplified) Dutch Dutch English English French French German German Italian Italian Kurdish (Kurmanji) Kurdish (Kurmanji) Portuguese Portuguese Russian Russian Spanish Spanish Turkish Turkish