
2025
Qahirədə “Yaşıl Dünya Naminə: Azərbaycan və davamlılıq mədəniyyəti” kitabının təqdimatı keçirilib
Misirin paytaxtı Qahirədə “Discover Azerbaijan!” (“Azərbaycanı kəşf et!”) layihəsinin rəhbəri Dr. Sədaqət Əliəşrəfin təşəbbüsü ilə “Yaşıl Dünya Naminə: Azərbaycan və davamlılıq mədəniyyəti” kitabının təqdimatı keçirilib.
SOİC Kinematoqrafiya Akademiyasında baş tutan mərasimdə Dr. Sədaqət Əliəşrəf qonaqları salamlayaraq, 2020-ci ildən Misirdə start verilən “Azərbaycanı kəşf et!” layihəsi haqqında məlumat verib, bu il görülən bütün işlərin layihənin 5 illik yubileyi çərçivəsində keçirildiyini vurğulayıb.
https://x.com/DiasporaAz/status/1912486003295613164
Bildirilib ki, müsabiqənin keçirilməsində məqsədin Azərbaycan mədəniyyətini və tarixi zənginliyini tanıtmaqdır. Layihənin şərtlərinə əsasən, yerli sakinlər ölkəmizə aid rəsm əsəri, qısa film çəkməli, şeir yazmalı və Azərbaycan dilində şeir ifa etməlidir. Azərbaycan mədəniyyətini daha geniş auditoriyaya çatdırmaq məqsədilə bu cür tədbirlərin davamlı olacağı xüsusilə qeyd edilib.
https://x.com/DiasporaAz/status/1912486003295613164
Tədbirdə Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşı, “Misir Media”nın təmsilçisi Dr. Dalia Fauzi, təhsil məsələləri üzrə sahibkar, “Meta Way LLC”-nin təsisçisi, “MIE Azerbaijan”ın direktoru, beynəlxalq elm və təhsil layihələri mütəxəssisi Mehriban Məlikova, Cahangir Cahangirli, Dr. İrfan Ali, sahibkarlar Coşqun Hacıyev və Hişəm Sobhi, “Miras” Tatar-Ərəb Cəmiyyətin üzvləri və rəhbəri Ramil Qaripov, Gənc Alimlər Cəmiyyətinin sədri Dr. Heba Mahmud, “Aləm Fən Mutlak” İncəsənət Cəmiyyətinin sədri Vəfa Abdin, “Azərbaycanı kəşf et!” layihəsinin qalibləri və digər ictimai fəallar, dəvətli qonaqlar iştirak ediblər.
https://x.com/DiasporaAz/status/1912486003295613164
Qeyd edək ki, 4 hissədən ibarət olan kitabda Azərbaycanın dostlarının ürək sözləri, Bakı şəhərində keçirilmiş COP29, Azərbaycan və davamlılıq mədəniyyəti, “Azərbaycanı kəşf et!” layihəsinin misirli qalibləri haqqında məlumatlar və onların əl işləri öz əksini tapıb. Kitabın müəllifləri isə Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Misir üzrə koordinatoru Səbinə Səmədova və ICESCO-nun gənc sülh səfiri Sandi Salemdir.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1912486003295613164
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/qahirede-quot-yasil-dunya-namine-azerbaycan-ve-davamliliq-medeniyyeti-quot-kitabinin-teqdimati-kecirilib-5730
https://x.com/DiasporaAz/status/1912486003295613164

Vladimir Yakushev: Birleşik Rusya ve Çin Komünist Partisi, Rusya ile Çin arasındaki stratejik ortaklığın gelişmesine önemli katkı sağlıyor

Владимир Якушев: Сотрудничество между «Единой Россией» и партией «Бхаратия джаната парти» может стать важной составляющей всеобъемлющего партнёрства России и Индии

Vladimir Yakushev ve Igor Babushkin, SVO katılımcılarını destekleme çalışmalarını görüştü

В Рыбках Смоленской области при поддержке «Единой России» открыли уникальный памятник воинам-афганцам

«Единая Россия» отметила волонтёров Адыгеи за помощь бойцам СВО

«Единая Россия» поддержала законопроект о размещении флага России на всех учреждениях молодёжной политики