Yöteborqda Azərbaycan mətbəxinə xüsusi maraq
15 sentyabr, 2025
Yöteborqda Azərbaycan mətbəxinə xüsusi maraq
İsveç Krallığının Yöteborq şəhər bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən genişmiqyaslı beynəlxalq kulinariya festivalı 30-a yaxın ölkənin milli mətbəx ənənələrini bir araya gətirib. Festivalda Azərbaycan mətbəxi də nümayiş etdirilib.
Tədbirdə Azərbaycan Qarabağ Mərkəzi ölkəmizin kulinariya irsini tanıtmaq məqsədilə zəngin çeşiddə milli yeməklər və şirniyyatlar hazırlayaraq qonaqlara təqdim edib. Festival iştirakçıları Azərbaycan mətbəxinin özünəməxsus dadına, rəngarəngliyinə və zənginliyinə xüsusi heyranlıqlarını dilə gətiriblər.
https://x.com/DiasporaAz/status/1967590039095001366
Azərbaycan Qarabağ Mərkəzinin sədri Ülviyyə Nəcəfova bildirib ki: “Biz ümid edirik ki, bu təqdimatla ölkəmizi layiqincə təmsil edə bildik. Festivalda iştirakımız Azərbaycan mətbəxinin zəngin, orijinal və dünya qastronomiya mədəniyyətində xüsusi yer tutan unikal dadlara malik olduğunu bir daha təsdiqlədi.”
https://x.com/DiasporaAz/status/1967590039095001366
Bu cür beynəlxalq platformalarda iştirak Azərbaycan mədəniyyətinin, xüsusilə də mətbəx irsinin tanıdılması və təbliği baxımından əhəmiyyətli addımlardandır.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1967590039095001366
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/yoteborqda-azerbaycan-metbexine-xususi-maraq-6107
https://x.com/DiasporaAz/status/1967590039095001366
Концерты, открытые уроки, флешмобы: «Единая Россия» провела праздничные акции в ЦФО и на юге страны
«Единая Россия» добилась снижения коэффициента стоимости ОСАГО в Новосибирской области
В Татарстане «Единая Россия» подвела итоги юбилейного конкурса «Дети рисуют страну»
Kazan’da, Birleşik Rusya aktivistleri gazetecilerle futbol maçı yaptı
رسالة من آصف أتاسوي بمناسبة الذكرى السنوية الـ 187 لتأسيس منظمة الدرك
MEHMET TAŞ`DAN JANDARMA TEŞKİLATI’NIN 187. KURULUŞ YIL DÖNÜMÜ MESAJI