Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Bilecik şəhərində azərbaycanlı rəssamın fərdi sərgisi nümayiş etdirilib

Bilecik şəhərində azərbaycanlı rəssamın fərdi sərgisi nümayiş etdirilib
REKLAM ALANI
25.06.2023
A+
A-

 

 

 

Bilecik şəhərində azərbaycanlı rəssamın fərdi sərgisi nümayiş etdirilib
2023
Bilecik şəhərində azərbaycanlı rəssamın fərdi sərgisi nümayiş etdirilib

 

 

 

 

Türkiyənin Biecik şəhərində azərbaycanlı rəssam Elçin Mustafayevin “Rənglərin səsi” adlı fərdi rəsm sərgisinin açılış mərasimi keçirilib.

 

 

 

Atatürk Parkı İncəsənət Qalereyasında baş tutan tədbirdə Bilecik Şeyx Edebali Universitetinin rektorunun müavini, Prof. Dr. Cenk Karakurt, prorektor Prof. Dr. Sıddıka Özkaldı Karakuş, müəllim-tələbə heyəti və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

 

 

 

Mərasimdə çıxış edənlər sərgi münasibətilə Bilecik Şeyx Edebali Universitetinin Təsviri sənət və dizayn fakültəsinin müəllimi Elçin Mustafayevi təbrik ediblər. Bildirilib ki, rəssamın kətan üzərində akril boyalarla yaratdığı əsərlər, o cümlədən 130 x 130 sm ölçüsündə olan “Topkapı Sarayı” tablosu sənətsevərlərdə böyük maraq doğurur. Bu əsərin İstanbul Fatih Bələdiyyəsi tərəfindən təşkil edilən “Məkanda və divarda yaddaş” rəsm müsabiqəsində fəxri fərmanla mükafatlandırıldığı vurğulanıb.

 

 

 

Qeyd edək ki, 6 dekabr 1988-ci il tarixdə Azərbaycanın Şəki rayonunda anadan olan rəssam Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qrafika fakültəsində bakalavr, Türkiyənin Səlcuq Universitetində magistr pilləsi üzrə təhsil alıb. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2013-cü ildən İstanbuldakı özəl “Miniatür Art” şirkətində işləyir, 2016-cı ildən bu şirkətdə tarixi əsərlərin miniatür olaraq hazırlanması və boyanılması emalatxanasının baş rəssamıdır. 2019-cu ilin sentyabrından Bilecik Şeyx Edebali Universitetinin Təsviri sənət və dizayn kafedrasında müəllim işləyir. “Türkiyədə Yaşayan Azərbaycanlı Rəssamların III Rəsm Sərgisi”ndə, İstanbul Universitetində “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir çərçivəsində təşkil olunmuş Türkiyədə yaşayan və fəaliyyət göstərən gənc rəssamların işlərindən ibarət rəsm sərgisində iştirak edib. 2019-cu ildə İstanbulun Ümraniyə Bələdiyyəsi tərəfindən təşkil olunmuş XV rəsm müsabiqəsində onun “Metroda ayaq üstündə dayanan qoca” tablosu I yerə layiq görülüb.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/bilecik-seherinde-azerbaycanli-ressamin-ferdi-sergisi-numayis-etdirilib-3158

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.