Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Daşkənddə Həmrəylik Gününə həsr olunmuş bayram şənliyi təşkil edilib

Daşkənddə Həmrəylik Gününə həsr olunmuş bayram şənliyi təşkil edilib
REKLAM ALANI
31.12.2022
A+
A-

 

 

 

Daşkənddə Həmrəylik Gününə həsr olunmuş bayram şənliyi təşkil edilib
2022

Daşkənddə Həmrəylik Gününə həsr olunmuş bayram şənliyi təşkil edilib

Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 31 dekabr – Dünya Azərbaycalılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin Qadınlar Şurasının birgə təşkilatçılığı ilə bayram tədbirinə 200-ə yaxın azərbaycanlı və özbək uşaq qatılıb.

Tədbiri giriş sözü ilə açan mərkəzin direktor müavini Nadir Əlimirzəyev uşaqları bayramlar münasibətilə təbrik edib, həyatda və təhsildə davamlı uğurlar qazanmağı, valideynlərinə sevinc bəxş etmələrini arzulayıb. Sonra Həmrəylik Gününün tarixindən və əhəmiyyətindən danışıb.

Tədbirin bədii hissəsində orta məktəb şagirdi Əli Abbaslı görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun əsərlərindən parçaları, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən əməkdar artist Kaykep Aliyeva adına “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər. Səhnələşdirilmiş bayram tamaşası, Şaxta baba ilə Qar qızın, cizgi filmlərinin qəhrəmanlarının gəlişi, müxtəlif viktorinaların keçirilməsi uşaqlara xoş anlar yaşadıb. Azərbaycanlı və özbək uşaqları ölkələrinə həsr edilmiş şeirlər söyləyib, mahnı oxuyub, rəqs ediblər.

Tədbirin sonunda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi adından uşaqlara Yeni il hədiyyələri təqdim olunub.

Qeyd edək ki, tədbir çərçivəsində uşaqlar mərkəzdəki Azərbaycan Dövlətçilik Tarixi Muzeyi və Azərbaycanın əldə etdiyi nailiyyətlərə həsr olunmuş sərgi ilə tanış olublar.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

kaynak:http://diaspor.gov.az/az/news-detail/daskendde-hemreylik-gunune-hesr-olunmus-bayram-senliyi-teskil-edilib-2139

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.