Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər

İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
REKLAM ALANI
17.06.2023
A+
A-

İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər

2023,

 

 

 

 

İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər

 

 

YouTube video

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

– Hörmətli cənab Baş nazir, hörmətli Qardaşım.

Xanımlar və cənablar, Azərbaycana xoş gəlmisiniz.

 

 

 

 

Mən çox şadam ki, əziz Qardaşım Azərbaycanda səfərdədir. Bizim münasibətlərimiz iki qardaş ölkə arasında olan münasibətlərdir. Bizim Baş nazirlə təmaslarımız müntəzəmdir. Biz ötən il müxtəlif beynəlxalq tədbirlər çərçivəsində iki dəfə görüşmüşük. Mən minnətdaram ki, cənab Baş nazir dəvətimi qəbul edib və ölkəmizə rəsmi səfərə gəlib.

 

 

 

Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib.

Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir. Bu isə qardaş ölkə mövqeyidir, buna görə mən minnətdaram.

Bu gün mən cənab Baş nazirə Azərbaycan və Ermənistan arasında sülh sazişi üzərində hazırda gedən danışıqlarla bağlı məlumat verdim. Bu sazişin imzalanmasının perspektivləri var, sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir və artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır!

 

 

 

 

Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır.

Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi.

Bu gün biz ikitərəfli gündəliyimizə daxil olan bir çox məsələləri, eyni zamanda, regional prosesləri, regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Bizim irəliyə getməyimizlə bağlı tam aydın təsəvvürümüz var. Biz razılığa gəldik ki, artıq Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcəkdir.

 

 

 

 

 

Biz, eyni zamanda, razılığa gəldik ki, ticarətimizin həcmini artırmaq üçün daha ciddi səylər göstərək. Biz bu istiqamətdə anlaşma memorandumu imzalayacağıq və məhsulların siyahısı üzərində işləyəcəyik ki, həmin siyahı bizim ticarət dövriyyəmizin artırılmasına xidmət edəcək.

Əlbəttə ki, enerji sahəsində böyük perspektivlər var, istər ənənəvi enerji, istərsə də bərpaolunan enerji sahəsində. Biz, eyni zamanda, razılığa gəldik ki, şəhərlərimiz arasında uçuşların sayını artıracağıq, xüsusilə də paytaxtlar arasında. Bu isə görüşümüzün, bu səfərin yaxşı nəticəsi olacaqdır.

Biz bununla yanaşı, təhsil sahəsində böyük potensialı görürük. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Yəni, biz daha çox pakistanlı qardaşlarımızı burada görmək istəyirik. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər.

Eyni zamanda, biz müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə etdik. Artıq qeyd etdiyim kimi, birgə hərbi təlimlərin sayının artırılması məsələsini müzakirə etdik, buna ehtiyac var. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır.

 

 

 

 

Bildiyiniz kimi, Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak edirdi və bu danışıqlar heç bir nəticə vermədi. Yalnız bizim hərbi gücümüz və Azərbaycan Ordusunun əzmi ərazi bütövlüyümüzü bərpa etdi. Bu, danışıqlar və ya hər hansı bir vasitəçilik hesabına baş vermədi. Əksinə, həmin vasitəçilik səyləri vəziyyətin dondurulmasına gətirib çıxarmışdı. Biz bununla qəti razı olmadıq. Biz ərazi bütövlüyümüzü bərpa etdik, torpaqlarımızı 3 min övladımızı şəhid verərək döyüş vasitəsilə aldıq.

Biz görürük ki, beynəlxalq hüquq selektiv şəkildə tətbiq edilir. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri icra edilir, digərləri yox. Biz hər ikimiz bunu yaxşı bilirik. Ona görə, ərazi bütövlüyü, təhlükəsizlik və firavanlıq, əlbəttə ki, Sizin ölkənin iqtisadi və hərbi gücü ilə bağlıdır. Bütün bu məsələlərdə bizim qarşılıqlı tam anlaşmamız var. Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur. Daha mühüm amillərdən biri odur ki, xalqlarımız da öz rəhbərliyinin fikrini bölüşür və Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük.

 

 

 

 

 

Cənab Baş nazir, səfərə gəldiyinizə görə Sizə bir daha təşəkkür edirəm. Mən Sizinlə görüşlərimizi hər zaman məmnunluqla xatırlayıram və biz bütün məsələləri müzakirə edirik. Eyni zamanda, Pakistan xalqını da təbrik etmək istəyirəm ki, Sizin kimi böyük təcrübəyə və siyasi baxışlara malik olan insanı hakimiyyətə gətirib. Siz ölkənizin inkişafına bağlı olan insansınız və onun müstəqilliyini gücləndirmək üçün səy göstərirsiniz. Əminəm ki, Sizin rəhbərliyinizlə Pakistan və qardaş Pakistan xalqı daha da böyük uğurlar, nailiyyətlər əldə edəcəkdir.

Sizə və xalqınıza firavanlıq, xoşbəxtlik və sülh arzu edirəm. Təşəkkür edirəm.

x x x

Sonra Pakistanın Baş naziri bəyanatla çıxış etdi.

Baş nazir Məhəmməd Şahbaz Şərifin bəyanatı

– Əziz Qardaşım, cənab Prezident Əliyev.

Əvvəlcə onu qeyd etmək istəyirəm ki, biz gözəl ölkənizə ötən axşam gəldiyimiz andan etibarən hər bir məqamda mən çox yaxşı mənada təəccüblənirəm. Mənim qardaşım Nəvaz Şərif o vaxt mənə demişdi Bakıya gedəndə sən bunu görəcəksən ki, nə qədər gözəl şəhərdir. Ötən gün biz Bakıya axşam saatlarında gəldik. Bu gün səhər mən Sizin böyük atanız Heydər Əliyevə hörmətimi ifadə etmək üçün Fəxri xiyabanda oldum. Hesab edirəm ki, Siz onun layiqli oğlusunuz. Fəxri xiyabanı ziyarət etmək mənim üçün böyük şərəf idi.

Əminəm, dahi atanızın ruhu şaddır ki, Sizin rəhbərliyinizlə gözəl ölkəniz və xalqınız inkişaf edir.

Eyni zamanda, biz Şəhidlər xiyabanında da olduq. Orada bu ölkə uğrunda həyatını qurban verənlərin də ruhuna ehtiramımı bildirdim. Əziz Qardaşım, buraya gələndə yolboyu gördüklərim məndə çox dərin təəssürat yaradıb. Sizin gərgin əməyiniz və rəhbərliyiniz sayəsində ölkənizdə böyük işlər görülüb. Mən İslamabada qayıtmamışdan öncə Sizdən bir neçə xahiş edəcəyəm. Bizim şəhər planlaşdırılması və yaşıllaşdırma sahəsində sizin təcrübənizə ehtiyacımız var. Şəhəriniz son dərəcə təmizdir, tullantıların emalı məsələsi, yəni, bu sahələrdə bizim sizin təcrübənizə ehtiyacımız var. Həqiqətən də mən çox şadam və məmnunam ki, ölkəniz bu cür inkişaf edib.

 

 

 

 

Cənab Prezident, biz bu gün çox səmərəli danışıqlar apardıq. Əlbəttə kamera qarşısında demək istəyirəm ki, bizim ikitərəfli danışıqlarımızda da bütün məsələlər üzrə qarşılıqlı anlaşma hökm sürür, istər ikitərəfli, istər çoxtərəfli məsələlərdə mövqelərimiz üst-üstə düşür.

Pakistan və Azərbaycan iki qardaş xalqdır. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub. Təyyarə Bakı hava limanına enərkən mən gördüm ki, orada Pakistan bayrağı dalğalanırdı, hətta hava limanından kənarda da. Nümayəndə heyətinin üzvü mənə dedi ki, cənab Baş nazir, baxın, kənarda belə Pakistan bayrağı dalğalanır. Bu, Azərbaycanda Pakistana olan münasibətdir və eyni dərəcədə Pakistan xalqı da Azərbaycan xalqını sevir, qardaş və bacı olaraq. Siz də uzaqgörən lider olaraq bu işə öz töhfənizi vermisiniz. Tam səmimi olaraq deyə bilərəm ki, əsrlər boyu davam edən bu münasibətlər çox güclüdür. Amma təəssüflər olsun ki, bu gün bizim ticarətimiz və sərmayə yatırımlarımız həmin o münasibətlər səviyyəsində deyil. Qarşılıqlı əməkdaşlıq sahəsində daha çox işlər görə bilərik və bilirəm ki, cənab Prezident, Siz bunu artırmaq niyyətindəsiniz, biz də onun əzmindəyik. Cənab Prezidentlə bu gün görüşdə biz xüsusi sahələrdə bu münasibətləri daha da inkişaf etdirmək məsələsini müzakirə etdik.

Azərbaycan zəngin təbii sərvətlərə, o cümlədən böyük neft-qaz sərvətlərinə malikdir. Bizim, əlbəttə, bu sahədə sıxıntımız var. Biz çox bahalı idxala bağlı olan ölkəyik. Bu, bizim üçün çox baha başa gəlir. Ötən il biz bu sahəyə 27 milyard ABŞ dolları xərcləmişik. Yəni, əziz Qardaşım, biz bunun öhdəsindən gələ bilmirik, çünki müxtəlif çağırışlarla üz-üzəyik. İnflyasiya, idxal olunan neftin qiymətinin qalxması və Ukrayna münaqişəsi səbəbindən bizim ölkəmiz böyük təzyiqlə üz-üzədir. Təsəvvür edin, ona görə biz enerjiyə 27 milyard ABŞ dolları xərcləmişik. Maşallah, Azərbaycanın bu sərvəti var və biz Azərbaycanla, eyni zamanda, neft-kimya məhsulları sahəsində əməkdaşlıq etmək istəyirik. Biz Səudiyyə Ərəbistanının “Aramco” şirkəti ilə danışıqlar aparırıq və çox şad olarıq ki, Azərbaycan da bu məsələyə qoşulsun və bizim həmin bu sahəyə xərclədiyimiz pulun bir hissəsini sərmayə olaraq öz üzərinə götürsün. Bizim Günəş enerjisi sahəsində potensialımız var. Biz arzularımızı gərgin əmək sayəsində həyata keçirə bilsək, əziz Qardaşım, Sizi inandırıram ki, biz çox bahalı olan bu xərci, yəni, nefti idxal etmək məsələsini Günəş enerjisi vasitəsilə mübadilə edə bilərik. Biz hətta bu enerjini ixrac edə bilərik, bu, mümkündür. Çünki bizim bu sahədə potensialımız 10 min meqavata bərabərdir. Sizi də dəvət edirəm. Siz də bu məsələyə çox müsbət rəy verdiniz ki, bu sahədə də Azərbaycan iştirak edə bilər, sərmayə qoya bilər. Biz də hər cür dəstək göstərməyə hazırıq ki, Azərbaycan bu sahəyə daxil olsun.

Əlbəttə ki, Pakistan Azərbaycana düyü ixrac edən ölkədir. Mənim nümayəndəm buradadır, o da bu işdə çox intensiv çalışır ki, biz düyü ixracını artıra bilək. Sizə və Hökumətinizə təşəkkür edirəm, hər cür rüsumları aradan qaldırdınız ki, Pakistan düyüsü Azərbaycan bazarına maneəsiz ixrac edilsin. İnşallah, Pakistanın Basmati düyü brendi də Azərbaycanda supermarket şəbəkələrində təqdim olunacaq.

Nəqliyyat sahəsi, biz bu məsələni yenidən müzakirə edəcəyik. Eyni zamanda, biz turizm sahəsini də inkişaf etdirmək istəyirik. Mən çox məmnuniyyətlə qeyd edə bilərəm ki, “Azərbaycan Hava Yolları” – AZAL tezliklə Bakıdan İslamabada uçuşlara başlayacaq. Əlbəttə, “Pakistan Beynəlxalq Hava Yolları” da əməkdaşlıq edəcəkdir. Mənim bildiyimə görə, Kəraçi və Lahora da reyslər açıla bilər. Mən Azərbaycanın nəqliyyat nazirini də Pakistana səfərə dəvət edirəm ki, bu məsələləri müzakirə edək və bu sahədə turizmi inkişaf etdirək.

 

 

 

 

Bununla yanaşı, digər sahələr də var ki, biz orada daha sıx əməkdaşlıq edə bilərik. Sizi əmin edirəm ki, biz Sizinlə sıx şəkildə işləməyə hazırıq və bütün məqsədlərimizə nail ola bilərik.

Təşəkkür edirəm Sizə, cənab Prezident, Siz Kəşmir məsələsində hər zaman bizim bacı-qardaşlarımızın yanında olmusunuz. Son 70 ildən artıq bir dövrdə biz Hindistanın terror aktlarına, misilsiz zorakılığına məruz qalmışıq. Orada hər cür pozuntular baş veribdir. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri hətta o dərəcədə kobud şəkildə pozulmuşdu ki, vaxtilə – ötən əsrin 50-ci illərində cənab Nehru öz parlamentində söz vermişdi ki, Hindistan öz vədlərinə əməl edəcəkdir. Amma təkcə o vəd deyil, ondan sonra bir sıra öhdəliklər tarixin zibilliyinə göndərilmişdir. Onların törətdiyi vəhşilik minlərlə kəşmirli bacı-qardaşımızın həyatına son qoymuşdur, onlar şəhid olmuşdur. Hətta iki-üç yaşlı uşaqlar belə qətlə yetirilmişdir. Hər gün həmin ərazidə mülki insanların cəsədlərini görmək mümkündür.

 

 

 

 

 

 

Cənab Prezident, Sizə mənəvi dəstəyə görə təşəkkür edirəm. Bu, bizim üçün çox dəyərlidir və bizi, kəşmirli bacı-qardaşlarımızı ruhlandırır ki, onlar özlərinin müqəddəratlarının təyin edilməsi məsələsinə də bir gün nail olacaqlar, İnşallah.

Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Biz Qarabağ üzərində Azərbaycanın hüququnu hər zaman birmənalı dəstəkləmişik. Sizin Ordunuz çox cəsarətlə döyüşərək Qarabağı azad etmişdir, ölkənizin ərazi bütövlüyünü bərpa etmişdir. Pakistan Azərbaycanı hər zaman dəstəkləmişdir. Bu, bizim qardaş olaraq vəzifəmiz, borcumuz idi və biz bunu həyata keçirdik.

Məmnunam ki, Ermənistanla sülh sazişi üzərində artıq danışıqlar gedir. Bildiyiniz kimi, Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayan bir neçə ölkədən biridir və bu, bizim mənəvi öhdəliyimizdir. Siz yalnız Ermənistanla sülh sazişini imzalayandan sonra bizə bir mesaj versəniz, bu məsələyə yenidən baxa bilərik. Bu məsələdə də biz birmənalı olaraq Azərbaycanı dəstəkləyirik.

 

 

 

 

Əziz Qardaşım, bizim çox böyük imkanlarımız var. Bu əməkdaşlıq nəticəsində idxal-ixracımız da çox kəskin şəkildə artacaqdır. Azərbaycan Pakistanla münasibətlərdə təbii olaraq çox mühüm rol oynaya bilər, əlbəttə ki, bizim qonşuluğumuzda Əfqanıstan və İran var. Hesab edirəm ki, Çin daha bir mühüm oyunçudur. Yəni, Pakistan bu baxımdan Azərbaycan və Türkiyə ilə birlikdə qardaş ölkə olaraq hərəkət edə bilər. Pakistan, Azərbaycan, Səudiyyə Ərəbistanı yenə də qardaş ölkələrdir. Pakistan, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri qardaş ölkələrdir. Pakistan, Azərbaycan, Qətər qardaş ölkələrdir. Yəni, baxın nə qədər böyük işlər görmək olar. Biz Pakistan olaraq səylərimizi bir balaca artırmalıyıq. Biz daha fəal, daha çox enerji ilə işləməliyik. Sizi əmin edirəm ki, biz bu məsələdə bir yerdə irəliləyəcəyik.

Biz müdafiə sənayesi sahəsində də tərəqqiyə nail ola bilərik. Heç şübhəm yoxdur ki, bizim əməkdaşlığımız bu sahədə də inkişaf edəcəkdir. Burada heç bir sirr yoxdur, biz heç nəyi gizlətmirik. Çünki nəticə etibarilə bu, regionda sülhün təmin edilməsinə xidmət edir, bu, təcavüz üçün istifadə edilmir. Biz öz hüquqlarımızı qoruyuruq. Biz bu regionda sülhü təşviq edirik ki, xalqlarımızın mənafelərini qoruya bilək. Biz bu sahədə də əməkdaşlığı səbirsizliklə gözləyirik. Sizin nümayəndə heyətinizi İslamabadda məmnuniyyətlə qəbul edəcəyəm ki, bu sahədə daha intensiv əlaqələr yaradıla bilsin. İqtisadiyyat, kommersiya, ticarət, aviasiya sahələrində də nümayəndə heyətinizi gözləyirik. Biz, eyni zamanda, enerji sahəsində də Sizin nümayəndə heyətinizi gözləyirik ki, bu sahəyə, neft, neft-kimya və Günəş enerjisi sahələrinə sərmayə cəlb edə bilək. Sizi əmin etmək istərdim ki, bu, ən şəffaf münasibətlər olacaq, proses sürətlə gedəcək, biz vaxt itirməyəcəyik və bütün bürokratik maneələri aradan qaldıracağıq. Biz bu məsələlərdə də sübut edəcəyik ki, budur iki qardaş ölkə, biz xalqlarımızın mənafeyi naminə birlikdə daha böyük nailiyyətlər əldə edə bilərik.

 

 

 

 

 

Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm, cənab Prezident, gözəl ölkənizdə olmağa şadam. Bu imkanı bizə yaratdığınız üçün Sizə bir daha təşəkkür edirəm. Mən şəxsən Sizin bütün nailiyyətlərinizin şahidi oldum, Sizin rəhbərliyinizlə bu ölkədə nə işlər görülüb, onu da öz gözlərimlə gördüm. Mən bu fürsətdən istifadə edərək, cənab Prezident, Sizi Pakistana səfərə dəvət edirəm. Mən artıq Xarici İşlər Nazirliyinə göstəriş vermişəm ki, tarixlərlə bağlı danışıqlar aparılsın və böyük məmnuniyyətlə Sizi İslamabadda görməyə şad olacağam, İnşallah. Diqqətinizə görə təşəkkür edirəm.

Böyük ölçüdə video
Böyük ölçüdə şəkillər
BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR

kaynak:https://president.az/az/articles/view/60279

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.