Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Misirin Qalubiyyə vilayətində Heydər Əliyev yad edilib

Misirin Qalubiyyə vilayətində Heydər Əliyev yad edilib
REKLAM ALANI
16.12.2023
A+
A-

 

 

 

Misirin Qalubiyyə vilayətində Heydər Əliyev yad edilib

, 2023

Misirin Qalubiyyə vilayətində Heydər Əliyev yad edilib

 

 

 

Misirin Qalubiyyə vilayətinin Qanatır əl-Xeyriyyə şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirib.

 

 

 

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin və Azərbaycanın Misirdəki səfirliyinin birgə təşkilatçılığı ilə Misir-Azərbaycan Dostluq Parkında baş tutan tədbirdə Qalyubiyyə vilayətinin qubernatoru Əbdülhəmid əl-Həccən, Qanatır şəhər bələdiyyəsinin, yerli ictimaiyyətin, Azərbaycan icmasının, medianın nümayəndələri və cəmiyyətin nəzdindəki müxtəlif kurslarda təhsil alan 10-dan çox ölkənin tələbələri iştirak ediblər.

 

 

 

Öncə ümummilli lider Heydər Əliyevin parkdakı heykəli ziyarət edilib. Dahi şəxsiyyətin əziz xatirəsi böyük ehtiramla yad edilib və abidəsi önünə əklil qoyulub və güllər düzülüb. Sonra tədbir iştirakçıları parkda yerləşən kitabxanada ulu öndər Heydər Əliyevə və Azərbaycana həsr edilmiş materiallarla, misirli uşaqların Azərbaycana və Heydər Əliyevə həsr etdikləri rəsm sərgisi ilə tanış olublar.

Tədbirdə çıxış edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misirdəki koordinatoru, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, ulu öndər Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan rəhbər kimi yaşayır. Onun müdrik siyasətinin Azərbaycanı daim inamla irəliyə apardığı diqqətə çatdırılıb.

Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov görkəmli dövlət xadiminin həyat və fəaliyyəti, “Heydər Əliyev İli” çərçivəsində Misirdə keçirilən silsilə tədbirlər, ikitərəfli əlaqələrin inkişafında Heydər Əliyevin müstəsna rolu və hazırda bu istiqamətdə atılan addımlar barədə ətraflı məlumat verib. Prezident İlham Əliyevin və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin qarşılıqlı rəsmi səfərləri bu siyasətin uğurla davam etməsinin bariz nümunəsi adlandırılıb.

 

 

 

 

Qalubiyyə vilayətinin qubernatoru Əbdülhəmid əl-Həccən ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəyə olduğunu qeyd edib. Heydər Əliyevin Misirdə həmişə xoş xatirələrlə yad edildiyini vurğulayıb. Son zamanlar həyata keçirilən rəsmi səfərlərin əhəmiyyətindən söhbət açıb.

Tədbir yerli mədiada geniş işıqlandırılıb.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/misirin-qalubiyye-vilayetinde-heyder-eliyev-yad-edilib-3968

 

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.