Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Yekaterinburqdakı diasporumuz Orta Ural Xalqları Günündə uğurla iştirak edib

Yekaterinburqdakı diasporumuz Orta Ural Xalqları Günündə uğurla iştirak edib
REKLAM ALANI
30.08.2023
A+
A-

 

 

 

 

Yekaterinburqdakı diasporumuz Orta Ural Xalqları Günündə uğurla iştirak edib

2023

 

 

Yekaterinburqdakı diasporumuz Orta Ural Xalqları Günündə uğurla iştirak edib

 

 

 

 

Rusiyanın Yekaterinburq şəhərində Orta Ural Xalqları Günü münasibətilə keçirilmiş bayram şənliyində Azərbaycan diasporunu ənənəvi olaraq Sverdlovsk vilayətindəki “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatı təmsil edib.

 

 

 

“Taqanskaya sloboda” parkında baş tutan tədbir millətlərarası harmoniyanı möhkəmləndirmək, regionda təmsil olunan xalqların mədəniyyətini və adət-ənənələrini nümayiş etdirmək məqsədilə gerçəkləşdirilib.

“Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinskinin rəhbərliyi ilə təşkil olunmuş Azərbaycan pavilyonunda xalqımızın qədim tarixini, zəngin mədəniyyətini, adət-ənənələrini və milli mətbəxini əks etdirən nümunələr nümayiş etdirilib.

Onun sözlərinə görə, xalqımızın səxavətini göstərən Azərbaycan süfrəsi, müxtəlif suvenirlər, xalçalar və qədim məişət əşyaları pavilyoni ziyarət edən qonaqların çox xoşuna gəlib. Qonaqlara milli yeməklərdən birini bişirmək imkanı da yaradılıb. Bu fürsətdən istifadə edən Yekaterinburq şəhər meri Aleksey Orlov “üç bacı” dolmasını məharətlə hazırlayıb. Bayram üçün xüsusi hazırlanmış və üzərində “Rusiya və Azərbaycan – əsrlər boyu dostluq” yazısı olan tort rəsmi şəxslərin iştirakı ilə kəsilib.

 

 

 

 

 

“Bakının işıqları” yaradıcı kollektivinin ifasında Azərbaycan musiqisi və milli rəqslərimiz təqdim olunub.

Qeyd edək ki, Azərbaycan pavilyonunu ziyarət edənlər arasında Sverdlovsk vilayətinin vitse-qubernatoru Oleq Çemezov, Yekaterinburq şəhərinin meri Aleksey Orlov, Sverdlovsk vilayətinin Qanunvericilik Məclisinin sədri Lyudmila Babuşkina, Rusiya Federasiyasının senatorları Aleksandr Vısokinski, Viktor Şepti, Azərbaycanın Yekaterinburqdakı Baş konsulu v.i.e Şöhrət Mustafayev və başqa rəsmi şəxslər olublar.

 

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/yekaterinburqdaki-diasporumuz-orta-ural-xalqlari-gununde-ugurla-istirak-edib-3409

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.